Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 11:05:00
Avropa İttifaqı Şurası Ukrayna təhsilinə necə dəstək göstərəcək?-Qərar

 

16 Mart tarixində Avropa İttifaqı Şurasının təhsil nazirlərinin Ukraynaya təhsil və elm sahəsində dəstəyinə dair iclası keçirilib.

 

Fransa Respublikasının Təhsil, Gənclər və İdman naziri Jan-Mişel Blanş iclasın qərarını martın 17-si öz tvitter səhifəsindəki paylaşımla açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, Avropa İttifaqının Təhsil nazirləri Şurası Avropa fondlarından ayrılan vəsaitin yenidən bölüşdürülməsi və Aİ-yə üzv dövlətlərin təhsil sistemlərinə maliyyə dəstəyinin təmin edilməsilə Ukrayna təhsilinə aşağıdakı istiqamətlərdə yardım göstəriləcək:

 

  • Avropa ölkələrinə təxliyə olunan ukraynalı şagirdlərin orada olan məktəblərə qəbulunu dəstəkləmək üçün Avropa fondlarının yenidən təsis edilməsi;

 

  • Ukraynalı təhsilalanların mümkün qədər normal həyata geri qayıda bilmələri üçün prosesi sadələşdirərək təhsillərini asanlaşdırmaq;

 

  • Avropa ölkələri,xüsusilə Ukrayna distant təhsil platforması və eTwinning proqramı vasitəsilə Ukrayna mədəniyyətinə, dilinə və təhsil sisteminə əlçatanlığı qaranti edəcək;

 

  • Ukrayna təhsil sisteminin yenidən qurulması üçün mövcud mexanizmlərə əlavə dəstək göstərmək;

 

  • Müəllimlər üçün ortaq onlayn resurslara çıxışı təmin etmnək.

 

Qeyd edək ki, bazar ertəsindən etibarən Ukraynada tədris prosesi bölgələrdəki vəziyyətə uyğun olaraq bərpa edilib.