Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-17 11:59:00
Zelenskidən göstəriş – Məktəblərdə hər gün bir dəqiqəlik sükut

 

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya silahlı müdaxiləsi nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması haqqında fərman imzalayıb.

 

AzEdu.az xəbər verir ki, Ukrayna Elm və Təhsil Nazirliyinin məlumatına əsasən təhsil müəssisələrində də həlak olanların xatirəsi anılacaq.

 

Məlumata görə, hər gün saat 09:00-da təhsil müəssisələrində həlak olanların xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla anılacaq.

 

Qeyd edək ki, fərmana əsasən vilayətlər, dövlət administrasiyaları və xarici diplomatik nümayəndəliklərdə də hər səhər eyni vaxtda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılacaq.