Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-14 11:48:00
Rumıniyada təqaüdlə təhsil almaq üçün sənəd qəbulu yekunlaşır

Rumıniya Xarici İşlər Nazirliyinin 2022-2023-cü tədris ili üzrə elan etdiyi təqaüd proqramına sənəd qəbulu yekunlaşır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına martın 15-dək müraciət etmək olar.

 

Ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.