Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-22 15:19:00
Twitter TƏLƏBƏLƏR ÜÇÜN təcrübə proqramı elan edir

 

Dünyanın ən məşhur və kifayət qədər istifadəçi auditoriyasına sahib sosial şəbəkələrindən olan Twitter tələbələr üçün təcrübə proqramı elan edir.

 

Virtual olaraq təşkil ediləcək tam zamanlı təcrübənin müddəti 12 həftədir. Bu müddətdə tələbələr kifayət qədər təcrübə əldə edəcək, yeni iş bacarıqlarına yiyələnəcək və maraq dairələrinə uyğun olaraq məlumatlarını genişləndirmək imkanı qazanacaqlar.

 

AzEdu.az xəbər verir ki, təcrübədə iştirak üçün heç bir müraciət haqqı tələb olunmur.

 

Hansı ixtisasda təhsil almasından asılı olmayaraq hazırda bakalavr pilləsində təhsil alan tələbələr iştirak üçün müraciət edə bilərlər. Proqramda iştirak edəcək namizədlər ingilis və ərəb dillərində mükəmməl yazmaq və danışmaq bacarıqlarına sahib olmalıdırlar.

 

Müraciət edəcək şəxslər bu platformanın ən azı 18 yaşlı aktiv istifadəçiləri olmalıdırlar.

 

Tələblər və son müraciət tarixi müraciətin olunacağı ölkələr üzrə dəyişir.

 

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiz.