Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 15:17:00
Sinifdə balansın olmaması abituriyenti repetitora müraciətə sövq edir-İDDİA 

“Ucqar bölgədə yaşayan və heç bir hazırlığa getmədən universitetə qəbul olan abituriyentlər də var. Yəni, abituriyent evdə özü də hazırlaşaraq imtahanda uğur qazana bilər. Bu qəbildən olanları şəxsən tanıyıram. Lakin,şagirdlərdə bu fikrin tərsi formalaşıb”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. O, şagirdin. repetitora müraciətinin əsas səbəbini də açıqladı:

 

“Sinifdə 25-30 şagird olur və dərs saatı isə 45 dəqiqədir. Onların yaxşı və pis oxuyanı da var. Müəllim də sadəcə 1 şagirdlə məşğul ola bilməz. Məhz burada şagirdin bacarığı işə düşür. Sinifdə balansın olmaması şagirdi repetitora müraciət etməyə sövq edir”. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları