Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 12:24:00
Abituriyentlərin qəbul göstəriciləri müsbət  yöndə dəyişməyəcək -Təhsil eksperti 

“Bu il keçən ilə nisbətdə göstəricilərin müsbət mənada dəyişəcəyini gözləmirəm. Nəzərə alsaq ki, keçən tədris ilində abituriyentlər yalnız bir neçə ay çətinlik çəkdilər ve pandemiya şəraiti olsa da göstəricilər gözləniləndən yaxşı oldu”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev bildirib. O, abituriyentləri diqqətli olub ixtisaslar üzrə balların enib qalxacağı haqda qeyri-rəsmi xəbərlərə inanmamağa çağırıb:

 

“Ancaq bu il abituriyentlər üçün daha çətin oldu. Bu zaman ərzində çalışdığım qədər abituriyentlərə onlayn seminarlar verərək dəstək olmağa çalışdıq.DİM keçən il ve builki vəziyyəti nəzərə alıb imtahan suallarının çətinliyi məsələsini düşünməlidir. Balların qalxacağı və ya enəcəyi haqqında məlumat vermək doğru deyil, çünki buraxılış və qəbul balları elan olunmadan keçid ballarını hesablamaq mümkün deyil. Abituriyentler qulaqdan qulağa yayılmış balların enəcəyi xəbərinə inanıb rahatlamasınlar”.

 

Qeyd edim ki, abituriyentlərə ixtisas seçimini dəqiqləşdirmək üçün youtube kanalımda ixtisaslar haqqında məlumat vermişəm.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları