Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 12:40:00
Repetitorla hazırlıq abituriyentin vaxtına qənaət edir-Təhsil eksperti

Martın 5-dən abituriyentlər buraxılış imtahanlarına qatılacaqlar. Bəs, onların repetitor hazırlığı olmazsa, imtahanda uğur qazanma şansları nə qədər olar?

“Əksər valideynlərdən övladım universitetə hazırlaşmalıdır, tanısığınız yaxşı repetitor varmı, sualını eşidirəm. Şagirdlərin repetitorsuz məktəbdə keçilən dərslərlə universitetə hazırlaşma məsələsi qlobal problemə çevrilib. Hətta hazırlıq prosesi əvvəl 9-cu sinifdən başlanırdısa, indi bu prosesə daha erkən 5-6-cı siniflərdən start verilir. Hər valideyn də bunu özünəməxsus şəkildə izah edir. Əsasən, qəbul imtahanına düşən sualların dərs proqramıbı əhatə etmədiyini bildirirlər”

Bunu AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib açıqlayıb. O, repetitor fəaliyyətinin başqa ölkələrdəki gedişatından da danışdı”

“Repetitor fəaliyyəti təkcə bizdə deyil, inkişaf etmiş ölkələrdə də xeyli məşhurdur. Məsələn, ABŞ-da repetitorun fərdi hazırlığı çox baha olduğu üçün onlayn formada qrup halında təşkil edilir.
Lakin, ölkəmizdə az sayda da olsa, hazırlığa getmədən, universitetlərə qəbul olan abituriyentlərvar.
Repetitor hazırlığı şagirdlərdə vaxt qənaətinə yardımçı olur və proqramın tam mənimsənilməsində üstünlük yaradır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları