Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-08 09:25:00
Peşə məktəbləri üçün “Karyera məsləhətinin təşkili” üzrə təlim proqramına start verilib

Peşə məktəblərində karyera mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera məsləhətinin təşkili” üzrə təlim proqramına start verilib.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Təlimin ilk günü agentliyin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini Nigar İsmayılzadə gənclərin bacarıqlarının inkişafı üçün keyfiyyətli məsləhət xidmətinin göstərilməsi və məşğulluğun təmin edilməsində karyera mərkəzlərinin rolundan bəhs edib. Daha sonra karyera məsləhəti üzrə ekspert və təlimçi Toğrul Ələkbər proqramın məzmunu barədə təqdimat edib və iştirakçıların suallarını cavablandırıb.

 

“Karyera məsləhətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsili müəssisəsindən 50-yə yaxın namizəd müsahibəyə dəvət olunub və nəticədə 22 iştirakçı təlimlərə cəlb edilib. Təlim proqramı “Karyera məsləhətçisi və “Təlimçinin təlimi” kurslarını hər iki təlimdən sonra praktik tapşırıqlara və konsultasiyalara əsaslanan mentorluq prosesini əhatə edir. Eyni zamanda, təlim proqramı çərçivəsində karyera məsləhətçilərinin əyani vəsaitlərlə və alətlər toplusu ilə təmin edilməsi nəzərdə tutulub.