Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 16:48:24
Peşə Təhsili üzrə Dövlət Agentliyinin vəzifələri artırıldı

Peşə Təhsili üzrə Dövlət Agentliyinin vəzifələri artırılıb.

 

Azedu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan “Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni Əsasnamə”sində əksini tapıb.

 

Əsasnaməyə əsasən, Agentliyin əlavə 21 vəzifəsi müəyyənləşib.

 

Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

 

- müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;

- müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların layihələrinin hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;


- peşə təhsili müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılması üçün tədbirlər görmək;


- peşə təhsilinin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələri həyata keçirmək;


- peşə təhsili müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət etmək;
- peşə təhsili müəssisələrinə tədris-metodiki rəhbərliyi həyata keçirmək;


- hər tədris ili üçün peşə təhsili müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu barədə təklifləri Nazirliyə təqdim etmək;


- peşə təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirmək;


- təhsil proqramlarına (kurikulumlara), tədris planlarına və proqramlarına dair təklifləri Nazirliyə təqdim etmək;


-peşə təhsili müəssisələrində pedaqoji işçilərin dərs yükü normalarına riayət olunmasına nəzarət etmək;


- peşə təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına dair Nazirliyə təkliflər vermək;

- peşə təhsili müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək;


- cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində təlim-tədris prosesini həmin müəssisələrdəki xüsusi rejimin tələblərinə riayət olunmaqla təşkil etmək;


- digər dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işinin təşkilini təmin etmək;


- müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı müsabiqələr və yarışlar keçirmək;


- dövlət peşə təhsili müəssisələrində təhsilalanların xüsusi iş geyim formaları ilə təmin edilməsi üçün tədbirlər görmək;


- peşə təhsili və əlavə təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy verilməsində iştirak etmək;


- Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyində olan peşə təhsili müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan peşə təhsili müəssisələrinin nizamnamələrinə dair Nazirliyə rəy vermək;


- peşə təhsili pilləsində təhsilalanların attestasiyasının (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirilməsinə nəzarət etmək;


-. müvafiq sahədə planlaşdırmanı, proqnozlaşdırmanı, əlaqələndirməni və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirmək;


-dövlət peşə təhsili müəssisələrinin ümumtəhsil və ixtisas dərslikləri, tədris-metodiki və tədris vəsaitləri, multimedia sistemləri, ədəbiyyatlar, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;


-. tabeliyində olan peşə təhsili müəssisələrinin fənn və ixtisas müəllimlərinə, istehsalat təlimi ustalarına tələbatı barədə məlumatı Nazirliyə təqdim etmək;


- dövlət peşə təhsili müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;


- tabeliyində olan peşə təhsili müəssislərində təhsil fəaliyyətinin təşkilində və təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqi üçün tədbirlər görmək;


- tabeliyində olan peşə təhsili müəssisələrində çalışan təhsilverənlərin, mühəndis-pedaqoji heyətin əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirləri həyata keçirmək;


- peşə təhsili müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
- tabeliyində olan peşə təhsili müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Nazirliyə təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;


- peşə təhsili müəssisələri ilə xarici ölkələrin peşə təhsili müəssisələri arasında təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarını əlaqələndirmək;


- tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq kurslarının təşkil edilməsi üçün tədbirlər görmək;


-. təhsilalanların təhsil müəssisəsinin, ixtisasının dəyişdirilməsinin və təhsil müəssisəsinə bərpa olunmasının həyata keçirilməsini təmin etmək;


- peşə təhsili pilləsinin bir səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna nəzarət etmək;


-. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təklifləri Nazirliyə təqdim etmək;


-hüquqi və fiziki şəxslərin iştirakı ilə tədris-istehsalat sahələrinin qurulmasına şərait yaratmaq;


- mülkiyyət növündən asılı olmayaraq hüquqi və fiziki şəxslərlə, eləcə də digər qurumlarla müqavilə əsasında, tabeliyində olan peşə təhsili müəssisələrində kadr hazırlığı işini təşkil etmək;


- təhsilalanların istehsalat təcrübəsi keçməsini və iş yerində öyrənməni təmin etmək üçün peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq müqavilələrinin bağlanılmasını təmin etmək;


- tabeliyində olan peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədilə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanılmasını təşkil etmək;


- işəgötürənlərin sifarişləri əsasında, tabeliyində olan peşə təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları təşkil etmək;


- peşə təhsili müəssisələri məzunlarının məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlığı təşkil etmək;


- peşə təhsili üzrə ixtisasların təsnifatı barədə Nazirliyə təkliflər vermək;


- müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;


- ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi üçün tədbirlər görmək;


- dövlət peşə təhsili müəssisələrində pedaqoji şuraların təsdiq edilmiş əsasnaməyə uyğun təşkilinə və fəaliyyətinə nəzarət etmək;


- müvafiq sahədə statistik məlumatların və hesabatların toplanılmasını, təhlilini və nəticələrin müvafiq orqanlara təqdim edilməsini həyata keçirmək;


- dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;


- peşə təhsili müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən istifadəsini təmin etmək;


- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;


- fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;


- Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;


- Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;


- Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;


- Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;


- Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;


- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.