Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 23:19:00
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadıldı - SON TARİX

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.

İxtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.

I-V ixtisas qrupları üzrə 60 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18640- I qrup üzrə, 13 191-i II qrup, 17 051-i III qrup, 4 912 ərizə isə IV qrup üzrədir.

V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 010-dur.

Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.