Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-29 13:20:00
UNEC-də V ixtisas qrupu üzrə tələbə qəbulu üçün ayrılan plan yeri artıb  

2021/2022-ci tədris ili üçün Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) V ixtisas qrupu üzrə tələbə qəbuluna 170 plan yeri ayrılıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində isə UNEC-də qəbul planı 120 yer olub. Bu, ötən illə müqayisədə 50 yer çoxdur.