Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 17:55:00
Liderlik potensialı güclü gəncləri bir araya gətirən təqaüd -SİZ DƏ TƏLƏSİN

 

 

İngiltərə Hökuməti, Çivninq  Təqaüd Proqramı üçün müraciətlərin 3 avqust və 2 noyabr 2021 tarixlərində açıq olduğunu elan edib.

 

Çivninq təqaüdü 1953-cü ildə təsis edilib və bu günə qədər 50.000-dən çox təqaüdçü bir il ərzində Birləşmiş Krallıqda təhsil almaq imkanı qazanıb. Bütün xərcləri qarşılayan bu təqaüd proqramı Böyük Britaniyada ən böyük təqaüd proqramlarından biri hesab olunur.

Təqaüd proqramı dünyanın 160-dan çox ölkəsi üçün təklif edilir, aralarında Azərbaycan da var. 

 

AzEdu.az xəbər verir ki, bu təqaüd, cəmiyyətə faydalı olub,  müsbət yeniliklər etmək istəyən və gələcəyə qlobal həll yolları vermək qabiliyyətinə malik olan gəncləri dəstəkləməyi hədəfləyir.

 

Ümumilikdə isə, təqaüd  gələcək liderlərin müsbət dəyişiklik gətirərkən qarşılaşa biləcəkləri maneələri aradan qaldırmağı nəzərdə tutur.


Qeyd edək ki, təqaüd tam maliyyələşdirilir. Mükafatlara layiq görülən gənclər bir il ərzində Böyük Britaniyada yaşamaq, öyrənmək və peşəkar məqsədlərinə nail olmaq və həyat təcrübələrini maksimuma çatdırmaq üçün fürsət əldə edəcəklər.

Təqaüdü sadalanan xərcləri əhatə edir: təhsil haqqı, ölkəyə giriş və çıxış biletlərinin əldə olunması, viza prosesləri və tələb olunduqda sağlamlıq barədə test xərcləri.

 

İki kateqoriyadan birinə uyğun gələn ərizəçilər seçim mərhələsinə keçmək hüququ qazanırlar. Onlardan ilki, ərizəçi müvafiq ölkənin və ya ərazinin vətəndaşıdır, bakalavr dərəcəsinə sahibdirsə və Böyük Britaniyanın müvafiq universitet kursuna qəbul edilmişdirsə uyğun hesab edilir. Bundan başqa, təqaüd almaq hüququ olan ölkədə qaçqın və vətəndaşlıq statusuna sahib olan vətəndaşlar da müraciət etmək hüququna malikdirlər.

 

İkinci uyğun namizəd növü isə iş təcrübəsi tələb edir. Bütün müraciət edənlər 2,800 saat və ya iki il müddətində iş saatlarına sahib olmalıdır.

 

Təqaüd üçün müraciət ərizələrinə buradan keçid edə bilərsiniz.

Fidan Ali