Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 14:14:00
3 beynəlxal ikili diplom proqramı fəaliyyətə başlayıb – Bu universitetlərdə

Beynəlxalq  ikili  diplom  proqramlarının  həyata  keçirilməsi  ilə  bağlı  təsis  edilməsi  gözlənilən  5  beynəlxalq  ikili  diplom  proqramlarından  ilk  3  proqram  artıq  fəaliyyətə   başlayıb.

 

AzEdu.az   xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020-ci  ilə  dair  hesabatında  məlumat  verilib.

 

Bu  proqramlar  ABŞ-ın  Corc  Vaşinqton  Universiteti  ilə  ADPU - nun “Təhsil  ixtisası” istiqaməti  üzrə  magistratura  səviyyəsində, ABŞ-ın  həmin  Universiteti  ilə  ADA  Universitetinin  “Komputer  elmləri  və  verilənlərin  təhlili”  ixtisası  istiqaməti  üzrə  magistratura  səviyyəsində  və  Koreya  Respublikasının  İnha  Universiteti  İlə  Bakı  Mühəndislik  Universitetinin  mühəndislik  ixtisasları  istiqaməti  üzrə  bakalavriat  səviyyəsində  həyata  keçirilib.

 

Türkiyənin  Ege  Universiteti  ilə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  “aqrar elmlər”  istiqaməti  üzrə  bakalavriat  səviyyəsində  beynəlxalq  ikili  diplom  proqramının  təsis  edilməsi  istiqamətində  işlər  başa  çatdırılmaqdadır.


Qeyd  edilib  ki,bu  istiqamətlər  “2019 – 2023-cü  illər  üçün  ali  təhsil  sisteminin  beynəlxalq  rəqabətliliyinin  artırılması  üzrə  Dövlət  Proqramı” çərçivəsində  ölkəmizdə  yeni  nəsil  mütəxəssislərin  yetişdirilməsi, ali  təhsil  sisteminin  məzmun  və  keyfiyyət  göstəricilərinin  beynəlxalq  ikili  diplom  proqramları  ilə  müasirləşdirilməsi  üçün  nəzərdə  tutulub.