Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 17:55:00
Tacikistanda təhsil almaq istəyənlər üçün qeydiyyat davam edir

2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan edilən Tacikistanda təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir. 

 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, təqaüd proqramına müraciət üçün son tarix 30 may 2023-cü il nəzərdə tutulub. 

 

Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilləridir. 

 

 

Qeyd edək ki, təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.