Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 11:12:00
Təhsil naziri elmi dərəcəsindən imtina etdi 

Ukraynanın təhsil və elm naziri Oksen Lisovoy elmlər namizədi elmi dərəcəsindən imtina edib və mayın 29-dan sonra artıq alim deyil.

AzEdu.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, o, heç bir statusdan bərk-bərk yapışmaq fikrində deyil, çünki qarşıda daha ciddi və təxirəsalınmaz işlər var. 

Qeyd etmək lazımdır ki, Oksen Lisovoy nazir fəaliyyətinə bu yaxınlarda başlayıb və işə başlayan kimi onun dissertasiya işinin plagiat olması barədə geniş hay-küy qalxıb. Bu söz söhbətlərə son qoymaq üçün o, elmi dərəcədən imtina etməyi üstün tutub.