Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 15:50:00
"Xaricdə təhsil üzrə Dövlət Proqramı”ndakı universitet siyahısı DƏYİŞƏCƏK

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısında dəyişiklik olacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov bildirib:

 

"Hər kəsin dilində “ilkin siyahı” ifadəsi var və bir çoxları sonradan o siyahıdakı hansısa universitetin çıxarılması və ya əlavə olunmasından narahatdır. İlkin siyahı ötən ilin noyabr ayında yayımlanıb. Bu siyahı Elm və Təhsil Nazirliyii ilə yanaşı, aidiyyatı dövlət təşkilatları ilə birlikdə qısa müddətdə əmək bazarına olan tələbatı ödəmək üçün məqsədəuyğun şəkildə müəyyən olunur. Siyahının hazırlanmasında universitetin maliyyələşməsi, reytinqi və s. kimi meyyarlar əsas götürülür. Bəli, bu siyahı sonradan yenilənə bilir, hətta yeni universitetlərin əlavə olunması da  gözlənilir. 2024-25-ci illər üzrə başqa modeldən də istifadə oluna bilər. Hər hansı yenilik olarsa, əlbəttə, ictimaiyyətə məlumat veriləcək".

Siyahı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:


https://dp.edu.az/uploads/fileuploads/2023/01/08ee63a7995e4cd49c650c0951d47925.pdf