Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 10:37:31
Nazirliyin 146 Çağrı Mərkəzinin işində YENİLİK

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, Çağrı Mərkəzinin  146 – 8 nömrəli yeni telefon xətti artıq istifadəyə verilib.

 

Vətəndaşlar 146 – 8 xətti vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə yaradaraq “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması”na dair suallarına qısa zaman ərzində cavab ala bilərlər.