Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 15:20:00
Bu şəxslər hərbi liseylərə qəbul OLA BİLMƏZ-DİM açıqladı

DİM Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydalarını açıqlayıb.

 

Cari ildə ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar. Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel
2021-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər. 

 

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
– Azərbaycan dili;
– riyaziyyat;
– fizika;
– kimya.

Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ -1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24).

 

Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət “3”dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.

 

Daha ətraflı https://mod.gov.az/az/news/azerbaycan-respublikasi-mudafie-nazirliyinin-herbi-liseylerine-2021-2022-ci-tedris-ili-ucun-kursant-qebulu-qaydalari-34759.html?fbclid=IwAR1CibIK7ylUKiuyvz9lav9h8C_CcBKfq2QxxosWG0mZ7fmXMK4BqoQda1Y

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları