https://www.zirve.edu.az/
25.11.2020 15:43
Tanınmış yazıçıdan gözəl təşəbbüs – Müharibə iştirakçılarına 2020 kitab paylanacaq

 

 

Yazıçı-psixoloq Rövşən Abdullaoğlu “Qədim Qala” nəşriyyatının dəstəyi ilə gözəl bir layihə başladıb: müəllifi olduğu kitablardan zəfər tarixinə uyğun olaraq 2020 ədədi İkinci Qarabağ müharibəsi qazilərinə, döyüşçülərinə və şəhid ailələrinə çatdırılacaq.

 

Yazıçı bu barədə öz sosial media hesabında yazıb: “Vətən müharibəsi zamanı hospitalda yatan əsgərlərimizə kitab çatdırırdıq.

 

Əsgərlər o qədər maraq göstərdilər ki, müxtəlif yerlərdən zəng edib kitab istəməyə başladılar. Qürurlandım. Kitab hər zaman ən təsirli terapiya vasitəsidir. Zamanında oxunan gözəl kitab insanı sıxıntıdan, gərginlikdən qurtara bilər, mənəvi dəstək olar.

 

Belə bir təşəbbüsə ehtiyac duydum: "2020 KİTAB" LAYİHƏSİ.

 

“Qədim Qala” nəşriyyat evinin dəstəyi ilə şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına qələbə tariximizə uyğun – 2020 ədəd kitab çatdırmaq istəyirik. Onlar canlarını, sağlamlıqlarını təmənnasız fəda etdilər və ali məqama ucaldılar. Bunun əvəzini ödəmək əsla mümkün deyil, ancaq mənəvi dəstəklə həmrəyliyimizi göstərə bilərik”.