Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 10:15:00
"Azərbaycanın gələcəyinin məhv olmasına göz yummaq olmaz” - EKSPERTDƏN SƏRT İTTİHAM

“Dövlət İmtahan Mərkəzinin sınaq imtahanında istifadə etdiyi test tapşırıqlarının heç biri kurikuluma uyğun deyil. Üç ziddiyyyətli situasiya sualını da yenilik hesab etmək olmaz”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov özünün "facebook" səhifəsində  yazıb.

O, 10-cu siniflərin mayın 6-da kurikulum üzrə keçirilən sınaq imtahanında istifadə olunan test tapşırıqlarının yeni tədris metodlarına uyğun olmadığını qeyd edib:

“Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün 6 mayda sınaq imtahanları keçirdi. İmtahanda iştirak etmək üçün 11827 şagird qeydiyyatdan keçmişdir. DİM bu sınaq imtahanından 236 540 azn qazandı. 

Xatırladım ki, 2008-ci ildən orta məktəblərdə dərslər kurikulum standartları ilə keçirilir. 2017-ci ildə də bu üsulla ilk buraxılış imtahanı keçirildi. Nəticələr isə bərbad oldu. Sınaq imtahanından sonra məlum oldu ki, DİM –in sınaq imtahanında istifadə etdiyi test tapşırıqlarının heç biri kurikuluma uyğun deyil. Üç ziddiyyyətli situasiya sualını da yenilik hesab etmək olmaz.

Təsəvvür edin ki, “Venn”, “Uyğunluq”, “Mətn üzrə”, “Yanlışları tap” və digər test tapşırığı nümunələrindən DİM istifadə etmədi. DİM yenə də ənənəvi qaydaya getdi 2019-cu ildə isə ilk dəfə olaraq ölkəmizdə yeni qaydalarla ali məktəblərə qəbul imtahanları keçiriləcək. Neçə ildir ki, DİM siniflər üzrə kurikulumla kitabçalar çap edib cammata satır, hər yerdə bəyan edir ki, imtahanlar kurikulumla olacaq, yenilik olacaq. Bəs hanı?”

O, DİM-in hətta kurikulum üzrə ödənişli təlimlər keçdiyini də xatırladıb:

“Özüdə bu tədris ilindən DİM aylıq 100 manata kurikulumdan təlimlər keçir. Yekə - yekə dayılar, xalalar, bibilər, əmilər də repititorluqda özlərini reklam etmək üçün DİM in həmən təlimlərinə gedib sertifkart alırlar ki, aylıq xidmət haqqı qiymətlərini qaldırsınlar”.

K.Əsədovun sözlərinə görə 6 may ayındakı imtahanın sualları tələblərə cavab vermir və pul qazanmaqdan başqa heç nəyə xidmət etmir:

“X sinif şagrdlərinə dərs keçən müəllimlər, onların valideynləri çox narahat idilər. Hələ də X siniflər üçün qəbul proqramı təsdiq olunmayıb. Test tapşırıqları tələblərə cavab vermir. Uzun müddət ərzində DİM – in modelləri əsasında hər kəs çalışsa da, son sınaq imtahanında bunun heç biri olmadı. 6 may sınaq imtahanı ancaq pul qazanmaqdan başqa heç bir şeyə xidmət etmədi.
Soruşuram ki, imtahan iştirakçılarına təqdim edilmiş 90 test tapşırığı hansı standartları reallaşdırdı? Şagirdlərin hansı bacarıqlarını yoxladı və ya üzə çıxardı? 

Hər şey köhnə qaydadadır. Heç bir yenilik yoxdur.

Bu sınaq imtahanı isə ümumiyyətlə bütün gözləntilərin üstünə xətt çəkdi. Guya biz  yaddaş məktəbindən təfəkkür məktəbinə keçirik. Bu sınaq imtahanından sonra məlum oldu ki, biz heç yerə keçmirik. X-XI sinif şagirdlərinin zehnini, psixologiyasını, həyatını zəhərləmək olmaz. Şagirdə qarşı bu qədər amansız olmaq düzgün deyil. Azərbaycanın gələcəyinin məhv olmasına göz yummaq olmaz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları