Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 16:35:00
Dünyanın ən qəribə cəza metodlarından bəhs olunan seminar keçiriləcək – Bakıda

26 Yanvarda  Azərbaycan Elm Assosiyasının həmsədri İnqilab Şahbazovun təqdimatında "Cəza metodları" mövzusunda növbəti seminar keçiriləcək.

Tarixən qanun pozan şəxslər müxtəlif formalarda cəzalandırılıblar. Bəs bu cəzalar nələrdən ibarət olmuş, tarix boyu necə dəyişmişlər?

AzEdu.az xəbər verir ki, seminarda çoxsaylı cəza tədbirləri, eləcə də, son dövrlər istifadəsi genişlənən innovativ yanaşmalar - elektron bilərzik və ictimai cəzalar (community-based approach) haqqında mülahizələr təqdim ediləcək. Təqdimatçı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi üzrə təhsil almış, bir sıra kriminoloji araşdırmaların müəllifi İnqilab Şahbazovdur.

Qeyd edək ki, Azərbaycan Elm Assosiyasının informasiya tərəfdaşlarından biri də AzEdu.az Təhsil Portalıdır.