Azedu.az

Peşə Təhsili üzrə Dövlət Agentliyi digər qurumlarla birləşdirilə bilər? - RƏSMİ

Peşə Təhsili

Elm və Təhsil Nazirliyi

2 Oktyabr 2025, 12:04
Peşə Təhsili üzrə Dövlət Agentliyi digər qurumlarla birləşdirilə bilər? - RƏSMİ

Ötən gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduğu vəzifədən azad edilib.

Bu, ictimaiyyət arasında müəyyən müzakirələrə səbəb olub. Agentliyin ləğvi, digər qurumlara birləşdirilməsi barədə danışılıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Hikmət Əlizadə məsələ ilə bağlı AzEdu.az-a bildirib ki, qurumun ləğvi nəzərdə tutulmur:

"Belə bir müzakirə aparılmır. Agentliyin hansısa qurumla birləşməsinə gəldikdə isə bu qeyri-mümkün məsələdir".

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılıb. 

Ceyhun Kərəmov 2 oktyabr 2023-cü il tarixində Agentliyin direktoru vəzifəsinə təyin olunmuşdu.

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox