Azedu.az

Çağırışaqədərki hazırlıq dərsləri necə keçirilir?- Agentlikdən AÇIQLAMA

Məktəblər

Şagirdlər

10 İyul 2025, 17:13
Çağırışaqədərki hazırlıq dərsləri necə keçirilir?- Agentlikdən AÇIQLAMA

Çağırışaqədərki hazırlıq fənninin tədrisində praktiki bacarıqların öyrədilməsi xüsusi önəm daşıyır.

Şagirdlərə silahın yığılması və sökülməsi kimi praktiki bacarıqlar bütün məktəblərdə sistemli şəkildə öyrədilirmi? Məktəblər bu məqsədlə təlim silahları ilə təmin olunubmu?

Mövzu ilə bağlı AzEdu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, çağırışaqədərki hazırlıq fənninin tədrisi hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli müvafiq qərarı ilə təsdiq olunmuş “Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi ilə tənzimlənir:

"Təhsil müəssisələrində “Çağırışaqədərki hazırlıq” kabinetləri fəaliyyət göstərir. Şagirdlərə bu fənn nəzəri və praktik olaraq tədris olunur. Bu fənnin tədrisi zamanı şagirdlərin hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları və topoqrafik vərdişlərə yiyələnmələrinin təmin olunması,şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılması, şagirdlərdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi, fövqəladə hallarda mühafizə vasitələrindən istifadə və zədələnmə ocaqlarında ilk tibbi yardım göstərmək bacarıqlarının formalaşdırılmasına xüsusi önəm verilir".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox