Azedu.az

Universitetə qəbul olmuş subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək

Tələbələr

Ali təhsil

31 İyul 2025, 14:21
Universitetə qəbul olmuş subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək

Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək.

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Kollegiyası bununla bağlı “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na dəyişiklik edib.

Qeyd edək ki, hazırda ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini, ixtisasını dəyişdirməsinə yol verilmir. Beləliklə, bundan sonra həmin subbakalavrların təhsilalma formasını dəyişdirməsinə də yol verilməyəcək.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox