Azedu.az

Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

11 Sentyabr 2024, 09:07
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi

Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

 

AzEdu.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

 

 

Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

 

Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

 

Qeyd edək ki, bu gün səhər Baş nazir 4 universitetlə bağlı yeni qərarlar verib. 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox