Azedu.az

UNEC ilə Balıkesir Universiteti arasında simulyasiya təlimləri keçiriləcək

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

3 Sentyabr 2024, 14:41
UNEC ilə Balıkesir Universiteti arasında simulyasiya təlimləri keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyi və təbiətin itirilməsində iqtisadi fəaliyyətin rolunu araşdırmağa yönəlmiş simulyasiya təlimləri təşkil etməyə davam edir.

 

AzEdu.az xəbər verir ki, bu məqsədlə UNEC ilə Türkiyənin nüfuzlu universitetlərindən biri olan Balıkesir Universiteti arasında ilkin görüş keçirilib.

 

UNEC-in Beynəlxalq Əməkdaşliq Departamentinin və Balıkesir Universiteti Memarlıq Fakültəsinin əməkdaşları ilə keçirilən görüşdə Model COP konsepsiyası çərçivəsində keçiriləcək təlimlərin qlobal əhəmiyyəti müzakirə olunub.

 

Bildirilib ki, simulyasiya təlimlərinin məqsədi iştirakçıların qlobal problemləri dərindən anlamaq və potensial həll yollarını formalaşdırmaq bacarıqlarını inkişaf etdirməkdir. UNEC ilə Balıkesir Universiteti arasında davam edən əməkdaşlığın iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfələr verəcəyi də görüş zamanı vurğulanıb. 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox