Azedu.az

Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

23 Avqust 2024, 08:35
Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub

024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “X” sosial şəbəkəsində yazıb.

 

“Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir. Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm”, - nazir qeyd edib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox