Azedu.az

Beyləqanda su kanalında batan uşağın cəsədi tapılıb  

Ali təhsil

Maraqlı

20 Avqust 2024, 15:40
Beyləqanda su kanalında batan uşağın cəsədi tapılıb  

Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.

 

AzEdu.az xəbər verir ki, hadisə avqustun 18-də axşam saatlarında Yeni Xanqızı kanalının Beyləqan rayonu Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Aparılan axtarışlar zamanı bu gün səhər saat 08:00 radələrində Əhməd İbrahimovun cəsədi batdığı yerdən təxminən 9 km aralıda aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox