Azedu.az

Bu il Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət sayı açıqlanıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

11 İyul 2024, 16:13
Bu il Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət sayı açıqlanıb

Bu il Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 43 min 553 müraciət daxil olub.


AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlər və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev deyib.

 

O, bildirib ki, “Çağrı Mərkəzinə 23 min 803, Vətəndaş Qəbulu Mərkəzinə 1456 müraciət daxil olub. Kağız daşıyıcılarda və elektron formada 12 min 398, votsap və sosial media xidməti vasitəsilə isə 5896 müraciət daxil olub.

 

Müraciətlər əsasən təhsil haqqı, tələbələrin köçürülməsi, əlavə təhsil, təhsil müəssisələrinə bərpa, Qarabağ Universiteti və digər məsələlərlə bağlı olub.

 

Vətəndaş Qəbulu Mərkəzi, Çağrı Mərkəzi, sosial media hesabları, eləcə də yazılı və elektron formada daxil olan müraciətlər vasitəsi ilə emal olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb”.

Türkiyədən Bakıya ŞOK "ATƏŞ" - Hücumla bağlı gizli detallar
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox