Azedu.az

Rektor UNEC nəzdində kolleclərə yeni təyin olunmuş direktorlarla görüşüb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

9 İyul 2024, 08:46
Rektor UNEC nəzdində kolleclərə yeni təyin olunmuş direktorlarla görüşüb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində olan kolleclərə yeni təyin olnmuş direktorlarla görüşüb.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Bildirilib ki, görüşdə Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov, Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov, Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva ilə yanaşı, UNEC-in müvafiq struktur rəhbərləri də iştirak ediblər.

 

Yeni direktorları təbrik edən prof.Ədalət Muradov onlara fəaliyyətlərində uğurlar arzulayıb. Kolleclərdəki təhsilin müasir tələbələrə cavab verməsi üçün zəruri addımların atılmasının vacibliyindən danışan rektor, bu istiqamətdə yeni direktorlar üçün təlimlərin təşkil olunmasının əhəmiyyətini vurğulayıb. O, rəqəmsal UNEC-də tətbiq olunan elektron tədris və idarəetmə prosesinin kolleclərə inteqrasiyası, Bir pəncərə sistemi, kollec tələbələrinin UNEC-in elektron kitabxana resurslarına çıxış imkanı əldə etməsi, tələbələrin kolleclərdəki yeniliklər barədə operativ məlumatlandırılması məqsədilə müvafiq struktur rəhbərlərinin iştirakı ilə direktorlar üçün təlimlərin keçiriləcəyini bildirib.

 

Sonra rektorun müşaviri Fərrux Tuzçuoğlu kolleclərin fəaliyyəti barədə Türkiyə təcrübəsi əsasında hazırladığı təqdimatı direktorlarla bölüşüb.

 

Qeyd edək ki, təlimlər 2 gün davam edəcək.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox