Azedu.az

UNEC-də "Açıq Qapı" günü keçirilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

5 İyul 2024, 17:28
UNEC-də

İyulun 5-də UNEC rektoru professor Ədalət Muradovun abituriyent və valideynlərlə "Açıq Qapı" günü keçirilib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Bildirilib ki, görüşdə rektor UNEC-dəki tədris prosesi, təhsil imklanları, ixtisaslar, imtahan prosesi, tələbələrin sosial həyatı, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Eyni zamanda abituriyent və valideynlərin çoxsaylı suallarını cavablandırıb.

 

Səmimi ortamda təşkil olunan görüşün sonunda rektor abituriyentlərə arzuladıqları ixtisası seçməyi, tələbə adını qazandıqdan sonra universitet dövrünü səmərəli dəyərləndirməyi, UNEC-in tələbələr üçün yaratdığı imkanlardan faydalanmağı, daima öz üzərlərində çalışaraq, bilik və bacarıqlarını artırmağı tövsiyə edib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox