Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) bir sıra fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.
AzEdu.az xəbər verir ki, aşağıdakı fənlər üzrə mütəxəsisslər Təhsil İnstitutuna müraciət edə bilərlər.
• Azərbaycan dili (dövlət dili)
• İkinci xarici dil
• Musiqi
• Təsviri incəsənət
• Texnologiya
• Çağırışaqədərki hazırlıq
• Fiziki tərbiyə
Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.