Azedu.az

AzTU əməkdaşı Türkiyədə beynəlxalq həftədə iştirak edib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

15 İyun 2024, 16:45
AzTU əməkdaşı Türkiyədə beynəlxalq həftədə iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli Türkiyənin Uşak Universitetinin təşkil etdiyi beynəlxalq həftədə iştirak edib.

 

AzEdu.az xəbər verir ki, 21 ölkədən ümumilikdə 38 universitetin 70-ə yaxın akademik və inzibati heyətinin qatıldığı tədbirdə iştirakçıların təqdimatı həyata keçirilib, beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Səfər çərçivəsində Mənzər Məmmədli Uşak Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə görüşərək növbəti illərdə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi üçün müzakirələr aparıb.

 

AzTU əməkdaşının Uşak Universitetinin rektoru professor Ekrem Savaşla görüşündə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.  

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox