Azedu.az

Qarabağ Universitetinin rektoru UNEC tələbələri ilə görüşüb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

11 İyun 2024, 08:55
Qarabağ Universitetinin rektoru UNEC tələbələri ilə görüşüb

Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə ilk dəfə tələbə qəbulu həyata keçirəcək Qarabağ Universitetində təhsil almağın üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.

 

“SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova isə Qarabağ Universitetində “SABAH” qrupları üzrə açılan ixtisaslar və qəbul qaydaları ilə bağlı tələbələri məlumatlandırıb.

 

Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox