Azedu.az

Azərbaycanlı tələbə magistraturaya qəbulda respublika üçüncüsü oldu

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

10 İyun 2024, 14:44
Azərbaycanlı tələbə magistraturaya qəbulda respublika üçüncüsü oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda respublika üçüncüsü olub.

 

BANM-dən AzEdu.az-a bildirilib ki, neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Taleh Qədimov magistraturaya II cəhd üzrə qəbul imtahanlarında 91.5 bal toplayıb.

 

Taleh Qədimov 2019-cu ildə 655.5 bal toplayaraq BANM-ə qəbul olub. Təhsil aldığı müddət ərzində ən aktiv tələbələr sırasında öz yerini alıb. BANM-in yığma futbol komandasında, eləcə də basketbol komandasında iştirak edib.

 

Halliburton şirkətinin “Yay təcrübə proqramı”nda “Wireline Logging” sahəsi üzrə təcrübə keçəcək. İkiaylıq təcrübə proqramı iyulda başlayacaq.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox