Azedu.az

AzTU professoru Beynəlxalq Mühəndislik və Texnologiya Akademiyasının üzvü seçilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

4 İyun 2024, 15:58
AzTU professoru Beynəlxalq Mühəndislik və Texnologiya Akademiyasının üzvü seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımova mühəndislik və texnologiya inkişafı sahəsində cəmiyyətə verdiyi əhəmiyyətli töhfəyə görə AET-in (Beynəlxalq Mühəndislik və Texnologiya Akademiyasının) üzvü seçilib.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Qeyd edək ki, AET beynəlxalq səviyyədə nüfuzlu elmi tədqiqatçılar və sənye mütəxəssisləri arasında əlaqə yaradan akademiyadır. Bu akademiya tanınmış elmi tədqiqatçılar və sənye mütəxəssisləri arasında əlaqələri möhkəmlədirir, onların fikir və biliklərini bölüşməyə imkan yaradır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox