Azedu.az

Kollec direktorlarının əmək müqaviləsinə müddəti bitdiyi üçün xitam verilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

4 İyun 2024, 11:52
Kollec direktorlarının əmək müqaviləsinə müddəti bitdiyi üçün xitam verilib

Kollec direktorlarının əmək müqaviləsinə müddəti bitdiyi üçün xitam verilib.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması), UNEC nəzdində Sosial-İqtisad Kollecin direktoru Vidadi Orucov və UNEC nəzdində Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılovla imzalanmış əmək müqaviləsinə xitam verilib.

 

UNEC rektoru professor Ədalət Muradov V.Orucov və V.İsmayılovla görüşərək, onlara gələcək fəaliyyətlərində və həyatlarında uğurlar arzulayıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox