Azedu.az

Dünya Barış Universitetinin nümayəndələri AzTU-da olub

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

30 May 2024, 13:58
Dünya Barış Universitetinin nümayəndələri AzTU-da olub

Şimali Kipr Türk Respublikasının Dünya Barış Universitetinin inzibati işlər üzrə prorektoru Behiyye Tüzel Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

AzEdu.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

 

Prorektor Behiyye Tüzel Çavuşoğlu təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə ortaq ixtisaslar üzrə tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox