Azedu.az

AzMİU-nun ilk inşaat mühəndisi məzun oldu

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

27 May 2024, 13:19
AzMİU-nun ilk inşaat mühəndisi məzun oldu

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin İstanbul Texnik Universiteti (İTU) arasında imzalanan memoranduma əsasən həyata keçirilən inşaat mühəndisliyi üzrə bakalavr proqramının ilk məzunu Asiman Əlizadəyə ikili diplom təqdim olunub. 

 

AzEdu.az xəbər verir ki, sözügedən ikili diplom proqramı üzrə Asiman Əlizadə 2019-cu ildə tədrisi ingilis dilində aparılan inşaat mühəndisliyi ixtisasına qəbul olub. İlk 2 ili AzMİU-da, sonrakı illəri isə İTU-da təhsil alıb. Beləliklə, proqramı müvəffəqiyyətlə tamamlayan məzunumuz proqramın ilk məzunu adını qazanıb.  

 

Məlumat üçün bildirək ki, AzMİU və İTU arasında inşaat mühəndisliyi üzrə aparılan ikili diplom proqramı ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirilməsini hədəfləyir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox