Azedu.az

İsrailin Bar-İlan Universitetinin nümayəndələri AzTU-da olub

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

27 May 2024, 11:13
İsrailin Bar-İlan Universitetinin nümayəndələri AzTU-da olub

İsrailin Bar-İlan Universitetinin Mühəndislik fakültəsinin dekanı Zeev Zalevskinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

AzEdu.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

 

Dekan Zeev Zalevski təmsil etdiyi ali təhsil müəssisəsinin və müvafiq fakültənin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə mühəndislik ixtisasları üzrə tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox