Azedu.az

AzTU-nun müəllimi Rumıniyada mühazirə deyib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

24 May 2024, 13:39
AzTU-nun müəllimi Rumıniyada mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müəllimi Leyla Quliyeva “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniyanın Kluj-Napoka Texniki Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Leyla Quliyeva Kluj-Napoka Texniki Universitetinin Müasir dillər və kommunikasiya kafedrasının fəalliyəti ilə yaxından tanış olub, akademik heyətlə görüşərək AzTU-nun Xarici dillər kafedrasının fəaliyyəti barədə ətraflı məlumat verib. İki kafedra arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

 

Leyla Quliyeva həmçinin, kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələrə "Təqdimatlar və müsahibə" mövzusunda mühazirə deyib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox