Azedu.az

AzTU-nun müəllimi Türkiyədə mühazirə deyib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

21 May 2024, 09:12
AzTU-nun müəllimi Türkiyədə mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müəllimi Fərid Hüseynli “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində mübadilədə iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Fərid Hüseynli Türkiyənin Bursa Texniki Universitetinin Mexanika kafedrasının fəalliyəti ilə yaxından tanış olub və akademik heyətlə görüşüb.

 

O həmçinin laboratoriyalar və kitabxanalarda aparılan tədqiqat işləri ilə tanış olub, mexanika mühəndisliyi ixtisasının fənləri üzrə tədris prosesində iştirak edib.

 

Bununla yanaşı, Fərid Hüseynli mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə "Tribologiya" mövzusunda mühazirə deyib.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox