Azedu.az

İtaliyalı bərpaçı-memar AzMİU-nun gənc tədqiqatçılarına seminar keçib

Ali təhsil

Maraqlı

14 May 2024, 12:42
İtaliyalı bərpaçı-memar AzMİU-nun gənc tədqiqatçılarına seminar keçib

İtaliyanın Milan Texniki Universitetinin (POLİMİ) doktorantı, bərpaçı-memar Miriam Terzoni Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistr və doktorantlarına seminar keçib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, AzMİU və POLİMİ arasında Erasmus KA1 mübadilə proqramı çərçivəsində AzMİU-da 3 aylıq elmi tədqiqata cəlb olunan mütəxəssis ölkəsində memarlıq sahəsində olan yeniliklər,elmi məqalələrə, araşdırmalara qoyulan tələblərdən söhbət açıb.

 

Gənc təqdiqatçılara bu yolda dəstək olmağa çalışan Miriam Terzoni onları maraqlandıran məsələlərə aydınlıq gətirib, birgə fikir mübadiləsi aparıb, öz tövsiyələrini verib.

 

Dəyirmi masa ətrafında keçən görüşdə AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin müəllimləri də iştirak ediblər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox