Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMiU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin(THİK) fəal tələbələri Aprel döyüşlərinin ildönümü ilə əlaqədar II Şəhidlər Xiyabanını ziyarət ediblər.
AzEdu.az xəbər verir ki, AzMİU-nun tələbə kollektivi ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edib, onların ruhuna dualar oxuyub, məzarları önünə gül dəstələri düzüblər.