Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 14:13:00
DİM apreldə bu imtahanları keçirəcək - SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) apreldə növbəti imtahanlar keçirəcək.

 

AzEdu.az Təhsil Portalı aprel ayında keçiriləcək imtahanların siyahısını təqdim edir.

 

1-11 aprel rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu (I mərhələ, I cəhd) olacaq.

 

Aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı –  I zona (Qaradağ, Yasamal, Suraxanı, Binəqədi, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 №-li m.), Laçın (Şəhər 2 №-li m.), Laçın (Zabux k.), Zəngilan (Ağalı k.), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1, Quba - 1)  keçiriləcək. 

 

8 aprelə qədər magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II cəhd) olacaq. 

 

Aprelin 14-də keçiriləcək imtahanlar:

 

-Eksternat qaydasında 11-ci sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

 

-Əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı; 

 

-Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; 

 

-Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

 

-Əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 

 

-Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik); 

 

-Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik) keçiriləcək.

 

15 aprel-6 may I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlərin qeydiyyatı (ərizə qəbulunun ikinci mərhələsi) olacaq. 

 

15 aprelə qədər ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq İstəyənlərin qeydiyyatı olacaq.

 

Aprelin 21-də keçiriləcək imtahan:

 

-Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona (Xəzər – 2, Nizami, Sumqayıt – 2, Abşeron – 2, Pirallahı, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir – 2, Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad – 2, Masallı – 2, Lerik, Bərdə, Tərtər, Ağdərə (Talış k.), Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz –2, Quba – 2, Bakı xüsusi məktəblər (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, fransız və gürcü dilində olan məktəblər) keçiriləcək.

 

Aprelin 28-də keçiriləcək imtahan:

 

Magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçiriləcək.