Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 16:26:00
DİM bu abituriyentləri “Açıq qapı” gününə dəvət edir

“Açıq qapı” günü abituriyentlər:

 

AzEdu.az xəbər verir ki,  2024/2025-ci tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

 

  • filialın filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr  və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;
  • qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcək.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

 

“Açıq qapı” günü 2 dekabr 2023-cü il tarixində saat 14:00-da təşkil olunacaq.

 

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metrostansiyasının yaxınlığı).

 

Tədbir bitdikdən sonra (15:30) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.

 

Əlaqə telefonu: (012) 598 93 32