Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 11:15:50
Memarlıq istiqaməti üzrə seminar keçirilib

3 noyabr 2023-cü il tarixində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mütəxəssisləri və DİM-in nümayəndələri iştirak ediblər.

 

Seminarda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisasının rəsm fənni üzrə qabiliyyət imtahanı proqramı, qiymətləndirmə meyarları, imtahana hazırlaşmaq üçün metodiki tövsiyələr, bakalavriat səviyyəsi üzrə qəbul nəticələrinin elmi-statistik təhlili və növbəti tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarında nəzərdə tutulan digər məsələlər müzakirə edilib.

 

Qiymətləndirmə meyarlarının təftişi və yenilənməsi ilə bağlı yaradılmış işçi qrupunun hazırladığı layihə iclasda səsləndirilən qeydlər nəzərə alınmaqla, məqsədəuyğun hesab edilib.