Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 14:05:00
“Tarixdə bu gün” - 2 fevral nələr baş verib?

Eyni tarix müxtəlif hadisələrlə yadda qala bilər. Azərbaycanda “Gənclər günü” günü kimi qeyd edilən tarix, Filippində Hərbi Şərəf günü kimi yadda qala bilər.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

2 fevral tarixində baş vermiş hadisələri təqdim edirik.

 

 

2 fevral 1952-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərovun  doğum günüdür:

 

Açıklama yok.

 

Akif Əkbərov 1952-ci ilin fevralın 2-də Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olub. O, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib.

1991-ci ilin 5 avqust tarixində Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer" yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi avqustun 12-də ermənilər Cermuq şəhəri tərəfdən "Sarı yer" yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənirdi. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir və Akif Əkbərov qəhrəmancasına həlak olur.

Ölümündən sonra Akif Əkbərov Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

2 fevral 1981-ci ildə Dünya və Avropa çempionatlarının qalibi Nizami Paşayevin doğum günüdür:

 

Açıklama yok.

Nizami Paşayev 2001-ci ilin aprelində Trençin şəhərində Avropa Çempionatının qalibi olub. Həmin ilin noyabrında Nizami Paşayev Antalya şəhərində Dünya Çempionatını gümüş medalla başa vurdu. Polşanın Varşava şəhərində isə Dünya Çempionatının qalibi oldu.

O, Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

 

2 fevral 1989-cu ildə sonuncu sovet əsgəri Əfqanıstanı tərk edib:

 

Açıklama yok.

 

1979-1989-cu illər (Əfqanıstan müharibəsi) SSRİ-nin Əfqanıstanda apardığı müharibə ilə xatırlanır. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçmişdir. Sovet ordusu ölkəni tərk etdikdən sonra da müharibə davam etmişdir.

Qeyd edək ki, on illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.

 

2 fevral Azərbaycanda “Gənclər günü” kimi qeyd olunur:

 

Azərbaycanda Gənclər Günüdür

Gənclər günü 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

 

2 fevral Filippində Konsitutusiya günüdür:

Açıklama yok.

Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir. Filippin dövlətinə mənsub olan 7100-dən çox adanın ən iriləri Luson, Mindahao, Samar, Panay, Palavan, Neqros, Mindoro, Sebu, Leyte adası və Boxol adalarıdır. 860 adada məskunlaşma var. Ölkənin paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir.