Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 16:13:58
Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

 

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

 

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.