Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 08:45:28
Günün havası: Bakıya yağış, rayonlara qar yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Şimal küləyi 14-də arabir 15-18 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

 

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.